“Hər hansı serialda oynadığıma görə 20 faiz vergi verəcəyəmsə, həmin seriala çəkilmərəm”.
Vergi qanunvericiliyinə edilmiş son dəyişikliyə əsasən, mikrosahibkarlar (VÖEN-lə çalışan bütün fərdlər) üçün müəyyən edilmiş vergilərin 5 faizdən 20 faizə qaldırılması seriallara çəkilən aktyorlar arasında da ciddi çaşqınlıq yaradıb.
Onsuz da zəhmətləri müqabilində aldıqları qonorarları çox cüzi olan həmin aktyorlar verginin 4 dəfə artırılmasının şokunu yaşayırlar. Bəzi aktyorlar belə olan təqdirdə seriallara çəkilməkdən imtina edəcəklərini də bildirirlər. Bu isə onsuz da davamlı tənqidlərə məruz qalan yerli serialların bazarının birdəfəlik bağlanması deməkdir.
Yenicag.az-a açıqlama verən Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd də bununla bağlı qərarında qəti olduğunu vurğulayıb:
“Şəxsən mən hər hansı serialda oynadığıma görə 20 faiz vergi verəcəyəmsə, həmin seriala çəkilmərəm. Fəqri yoxdur, söhbət istənilən bir seriala çəkilməyimdən gedir. Zəhmət çəkib vergini də özləri versin…”
Cəvahir