Aktyor Elnur Kərimov şəxsi həyatından danışıb.
Yeniçag.az-a açıqlama verən aktyor tanımadığı bir şəxsin onun ailəsini dağıtmaq istədiyini deyib:
“Mən həyat yoldaşımdan heç nəyi gizlətmirəm, hətta telefonuma gələn mesajları da yoldaşım götürüb oxuya bilər. Çünki mən özümə arxayınam. Hətta bir dəfə başıma elə bir iş gəlib ki… Tanımadığım bir nəfər qadın adı ilə mənə sevgi mesajları yazırdı. Yazırdı ki, biz axı görüşürdük, sən niyə məni atıb getdin? Hər gün bu hadisə təkrarlanırdı. O mesajlar çox açıq-saçıq ifadələrlə dolu idi. Bu yazılanları həyat yodaşım da oxuyurdu. Bilirdim ki, yoldaşım mənə inanır, amma insanın içində şübhə deyilən bir hiss də var. Həmin yazılanların şəklini çəkib, paylaşdım. Məni verilişə dəvət etdilər, gedib danışdım ki, bəs başıma belə bir iş gəlib. Dedilər ki, ver polisə. Elə həmin gün o mesajlar kəsildi. O işdə bir məqsəd vardı: kimsə mənim ailəmi dağıtmaq istəyirdi”.
Cəvahir