Tanınmış aktyorun qardaşının ölüm SƏBƏBİ – “İntihar etməyib…”- AÇIQLAMA / FOTO

“Kukla Teatrının aktyoru Cavid Telmanın qardaşının intihar edərək dünyasını dəyişməsi xəbəri yalandır. O, ürək tutmasından vəfat edib”.

Bunu Yenicag.az-a açıqlamasında teatırn mətbuat katibi Həmidə Rüstəmova deyib.

O belə xəbərlərin aktyorun ailəsinə pis təsir etdiyini bildirib:

“Telmangilin ailəsini illərdir tanıyıram və qardaşının ürəyində problemlər olduğunu bilirəm. İntihar xəbəri ailəsinə pis təsir edib. Telman ağlaya-ağlaya zəng edib ki, qardaşım ürək tutmasından vəfat edib, intihar xəbəri yalandır”.

Qeyd edək ki, Cavid Telmanın qardaşının intihar edərək öldüyü barədə xəbər yayılıb.

Cəvahir