Türkiyəli aktyor Ufuk Özkanın səhhəti pisləşib.
Yenicag.az xəbər verir ki, son zamanlar arıqlaması ilə diqqət çəkən aktyor qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət etdiyi öyrənilib.
Yayılan xəbərlərdən sonra açıqlama verən aktyor müalicəsinin davam etdiyini və çəkilişlərə qayıdacağını bildirib.
İnstaqram hesabından açıqlama verən aktyor, “Bir müddətdir qaraciyərimdə problemlər var. Orqan transplantasiyası üçün səhhətim mütəxəssis həkimlər tərəfindən nəzarətdə saxlanılır.
Prroseslərlə bağlı ilkin danışıqlar aparılır. Həyat bizi xəstəliklərlə yaşamağı öyrənməyə məcbur edir
Amma bu proseslərin işimə təsir etməsinə heç vaxt icazə verməmişəm. İnşallah, tez bir zamanda yeni serial və filmlərlə qarşınıza çıxacağam. Çox sağ olun, sevgi və dua dolu mesajlarınız üçün. Hörmət və sevgilərlə, Ufuk Özkan. Yaxşı ki, varsınız”.