Tanınmış aktyorun səhnədə halı pisləşdi: Xəstəxanaya aparıldı – FOTO

Türkiyənin məşhur aktyor və qiraətçisi Gənco Ərkal xəstəxanaya yerləşdirilib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib və burada səhnəyə çıxıb. Lakin Gənco Ərkalın vəziyyəti elə səhnədə ikən pisləşib.

Aktyor dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin yaxşı olduğunu bildirilir.