“Rejissor var, ancaq quruluş verir, rejissor da var ki, pedaqoq olur. Mən istəyirəm “Azdrama” istiqamətverici bir teatr olsun. Mehriban xanım həm də tək tamaşa yox, teatr yaratsın”.
Bunu Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilən Mehriban Ələkbərzadədən gözləntilərini dilə gətirərkən aktyor Məhəmməd Verdizadə Yenicag.az-a açıqlamasında deyib.
Aktyor teatrın kollektivinin yeni rəhbərdən yeniliklər gözlədiyini deyib:
“Mehriban xanım çox çətin bir teatra rəhbər vəzifəsinə təyin olunub. Yenilik, təbii ki, hər zaman inkişafa bağlanır. Mən onu tələbəlik illərindən tanıyıram və yaradıcılığını izləyirəm. Çalışqan, həyatını sənətə həsr etmiş çox az sayda qadın rejissorlardan biridir. Bu çətin işdə ona ancaq uğurlar arzu edirəm .
Rejissor ancaq tamaşası ilə yadda qalır. Mehriban Ələkbərzadədən yeniliklər gözləyirik. Söhbət yeni tamaşalardan və repertuarın təzələnməsindən gedir…”
Cəvahir