!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı: “Bir-iki toya gedib, özlərini meqa ulduz hesab edirlər”

!Reklam – Yazi

“Bir neçə toya gedib özlərini tələbatlı meqa ulduz hesab edirlər”.

Bunu sosial şəbəkələrdə və efir məkanında onu qıcıqlandıran məqamlarla bağlı fikirlərini bölüşərkən tanınmış aparıcı Cavid Gül Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı izləyicilərin reytinq gətirən, lakin keyfiyyətcə aşağı olan verilişlərə daha çox meyl etdiyini təəssüf hiss ilə bildirib:

“İnsan elə bil varlıqdır ki, yaxşını gec anlayır, pisə tez meyl edir. Zərərli olanlar ona daha şirin gəlir. Bu gün efirlərdə, musiqilərimizdə və filmlərdə o problem yaşanır. Yaxşı aparıcılar, verilişlər çoxdur. Təəssüf ki, səviyyəli verilişlərin də reytinqləri digərlərindən az olur. Televiziyanın əsas məqsədi maarifləndirmək və əyləndirməkdən ibarətdir. Amma reytinq xatirinə kütlənin arxasınca qaçmamalı, kütləni öz arxamızca aparmalıyıq. Ümidvaram yaxın zamanlarda teleməkanda olan problemlər aradan qalxacaq”.

C.Gül şou əhlində onu qıcıqlandıran məqamlardan da söz açıb:

“Maraqsız qonaqlar, maraqsız müğənnilər olan, boş-boş söhbətlərə üstünlük verilən verilişlərə baxmıram. Baxırsan ki, müğənnilərin çoxu eyni üsluba üstünlük verir. Bir neçə toya gedib özlərini tələbatlı meqa ulduz hesab edirlər. Yaradıcılıqlarını inkişaf etdirmək əvəzinə sosial şəbəkələrdə “like” üçün çalışırlar. Təbii ki, istisnalar da mövcuddur, amma son dövrlərdə oxunan mahnılar edilən qalmaqallar çox aşağı səviyyədədir”.

Cəvahir

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv