Qafqaz Bakı Sport City Otelin 16 və 17 –ci mərtəbələrində yerləşən Sunset restoran ve Campion barının təmtəraqlı açılış mərasimi baş tutub.
Yenicag.az xəbər verir ki, ölkənin tanınan media simaları ilə yanaşı məşhur sənət adamlarının da toplandığı açılış gecəsi möhtəşəm əyləncəsiylə yadda qalıb. Qonaqlar arasında prodüser Təranə Səmədova, jurnalistlər Şahin Cavadsoy, İradə Nurəddinqızı, Tünzalə Məlikova , Ülkər Qasımova, aparıcı Mirsəməd sənətçilərdən Rövşən Civişov, Sevda Sanalıyeva, Vüsal, Lalə və Nurkan cütlüyu də olub. Mərasimin təşkilatçısı və aparıcısı tanınmış jurnalist Arzu Umud qonaqlarına və paytaxt sakinlərinə səslənib:
“Bu gündən etibarən Qafqaz Bakı Sport City oteli öz restoran və barı ilə xidmətinizdədir. “Otelin restoranından yalnız oteldə qalanlar istifadə etməlidir” fikrini unudun. Biz sizə münasib qiymətlər, xoş və isti aura təklif edirik”.
Tanınmış aparıcı bundan sonra qeyd etdiyimiz məkanların təşkilati və idarəetmə işlərini görəcək. Arzu Umud artıq biznes sahəsinə atılır. O, bunu Qafqaz Bakı Sport City-nin təmtəraqlı tortunu kəsən zaman bəyan edib.
Cəvahir