Ölkə efirinin tanınmış simalarından biri olan Fəxriyyə Lilpar Space TV-yə keçib.
Tanınmış teleaparıcı Fəxriyyə Lilpar uzun illərdir, müəllifi və aparıcısı olduğu “Xəzərin sahilində” layihəsini Space TV-də yeni adla davam etdirəcək.
Bunu Yenicag.az-a açıqlamasında aparıcı özü bildirib: “Artıq verilişim Space TV-də yayımlanacaq. Bu dəfə formatımızda yenilik etmişik. Xəzərin sahilindən bütün regionlara və bəzən də evlərə getməyi düşünürük. Elə buna görə də adını “Xəzərin sahilindən” qoymuşuq. Əvvəl isə verilişin adı “Xəzərin sahilində” idi”.
Cəvahir