!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı: “Heç bir müğənni mənə şərt qoya bilməz ki…”

!Reklam – Yazi

“Heç bir müğənni mən Mikayıla şərt kəsə bilməz. Bu, qətiyyən, mümkün deyil”.

Bu sözləri “Hansısa müğənni verişinə gələrkən tək mən olum, yaxud da filan müğənnini mənimlə eyni verilişə çağırma deyə şərt kəsibmi?” sualını cavablandırarkən tanınmış aparıcı Mikayıl Güləddinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Güləddinoğlu yeni aparıcılığa başladığı dönəmlərdə belə hallarla tez-tez qarşılaşdığını, sonralar isə belə halların yaşanmaması üçün işini tənzimlədiyini bildirib:

“Əlbəttə, belə hallar olub və elə indi də olur. Düşünürəm ki, belə hallar hər zaman olacaq. Mən bunu o şəxslərdə təbii qarşılayıram ki, onlar illərini sənətə həsr ediblər. Xalq artistləridir və sənətkar olaraq çox papulyardırlar. Onların haqqı var və mən onları verilişə dəvət edəndə deyirlər ki, mən tək gələcəm, verilişə kimlərin gələcəyi ilə bağlı seçimim olacaq. Gənc ifaçılar arasında da belə hallar olur. Ona görə də verilişə gələcək qonaqları öncədən müəyyənləşdirirəm. Özüm qonaq olacaq müğənniyə deyirəm ki, verilişdə filankəslərlə bərabər iştirak edəcəksən, münasibətlərin necədir, nə yerdədir.  Verilişdə kiminsə ürəksiz çıxış etməsini xoşlamıram, çünki onların acı münasibəti verilişin gedişatına, ovqatına mənfi təsir edir. Bunu nəzərə alıb verilişdən öncə işimi planlayıram.

Lap yeni aparıcılığa başladığım və sənətçilərin bu xasiyyətinə bələd olmadığım dönəmlərdə belə hallar yaşanıb. Bir dəfə, hətta çox populyar olan sənətçilərdən biri verilişə gəlib və səhnəyə yeni çıxan müğənnini görüb, geriyə qayıdıb. Səbəb olaraq da bildirib ki, həmin müğənni ilə eyni səhnəni bölüşmək istəmir”.

Cəvahir

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv