Tanınmış aparıcı: “Hönkürüb ağlayıram, oğlanlarım soruşur ki…”

“Oğlanlarım soruşur ki, ana, niyə belə hönkür-hönkür ağlayırsan?”

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva deyib. O, bu yaşda da ata-anası üçün darıxdığını və onlara görə göz yaşı tökdüyünü deyib:

“Bu yaşımda da atamla anama görə hönkür-hönkür ağlayıram. Uşaqlarım məəttəl qalır. Uşaqlarımın birinin 17, o birinin də 32 yaşı var, mənim atama-anama görə ağladığımı görəndə məəttəl qalırlar. Soruşurlar, ana, niyə belə ağlayırsan? Deyirəm, anamı, atamı istəyirəm. Deyirlər, istəyirsən, aparaq səni məzarları üstünə. Deyirəm, məzar üstə getmək üçün ağlamıram, onların özləri üçün darıxıram. Neçə yaşda olursan, ol, insan ata-anası üçün darıxır, onlara ehtiyacı olur”.

 

Nehru

COP29