Tanınmış aparıcı Günay Firudinqızı istirahət üçün Maldiv adalarına yollanıb.
Yenicag.az-a açıqlama verən aparıcı Yeni il tətilini bir-neçə həftə qabaqladığını bildirib:
“Əslində, bu tətili Yeni il üçün planlamışdım. Yeni ildə bayramla əlaqədar aparıcı kimi bir çox səhnələrdə yer alacağım üçün tətilə öncədən çıxmağa qərar verdim. Bu tətili özüm-özümə həm də Yeni il hədiyyəsi etdim. Əjdaha ilini bol enerji ilə yola salıram. Hələ bir müddət burada qalacağam. Maldivdə həm də bir fotosessiya da etməyi planlamışdım. Bunun üçün Bakıda 5 modelyer mənim üçün xüsusi geyimlər hazırladı. Həmin geyimlərdə fotosessiya etdirdim. Fotosessiya Maldivdən olan peşəkar çəkiliş heyəti tərəfindən ərsəyə gəldi və çox da bəyəndim. Necə deyərlər, “həm ziyarət, həm ticarət”. Yaxşıca dincəldim, eyni zamanda, fotosessiya etdirdim”.
İstirahətdən video və fotoları təqdim edirik:
Cəvahir