Tanınmış aparıcı: “O mahnının sözlərini eşidəndə utandım”

“İnanın, mən o mahnının sözlərini eşidəndə utandım”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib.

O, trenddə birinci olan, toylarda tələb olunan bir mahnı barədə danışıb və həmin mahnının sözlərinə görə utandığını bildirib:

“Çox istəyərdim ki, mahnıda sözə önəm verilsin. Ad çəkmək istəmirəm, çünki qəlb qırmaqdan qorxuram. Bir müğənninin bir mahnısı qarşıma çıxdı, dinlədim və o mahnının sözlərinə görə utandım. Dedilər, bu mahnı trenddə birincidir, toylarda ən çox tələb olunan mahnıdır. Fikirləşdim ki, görəsən, o toy sahibinin bu mahnının sözlərindən xəbəri var? İnanın, mən utandım o sözlərə görə”.

Nehru

COP29