Tanınmış aparıcı “oğru aləmi” tərəfindən ÖLÜMLƏ HƏDƏLƏNDİ

Əməkdar artist Baloğlan Əşrəfovla tanınmış aparıcı Elçin Əlibəyli arasında qalmaqal getdikcə dərinləşir. Baloğlan Əşrəfovun Yenicag.az-a açıqlaması hədələnən tərəfi dilə gətirib.

Saytımıza bu haqda məlumat verən E.Əlibəyli qorxub-çəkinmədiyini deyib: “Üzeyir bəyə görə başım kəsiləcəksə, qoyun, kəsilsin!”

O, baş verənlərə belə aydınlıq gətirib: “Məsələ əvvəllər aparıcısı olduğum “El içində” verilişində üzakirə olunub və Baloğlan Əşrəfovun dediyi fikir hamı tərəfindən qınandı, mən də tənqid etdim. Verilişdən sonra onun adı ilə bir nəfər Sankt-Peterburq nömrəsi ilə mənə zəng edib ölümlə təhdid etdi. Mən fikir vermədim. Bu gün mövzu tənqid olduğundan mən bu hadisəni nümunə gətirdim”.

E.Əlibəyli bildirib ki, həmin vaxt onu hədələyən şəxs özünü Baloğlan Əşrəfovun adamı kimi qələmə verib: “Müğənninin adından danışdı və dedi ki, “oğru aləmi”ndəndir”.

Aparıcı efirdən sonra əməkdar artistə yaxınlaşmadığını da bəyan edib: “Mən ona yaxınlaşmamışam. O, studiyada söyüşlər yağdırdı və sonra dedi ki, 6 gün komada yatdığı üçün əsəbidir. Mən səbirlə dinlədim və bunun təhdid olduğunu, buna görə məsuliyyət düşdüyünü söylədim”.

Cəvahir

COP29