!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı: “Onları heç vaxt verilişimə çağırmaram”

!Reklam – Yazi

“Demişəm, alınsa çağıraram, amma mən o insanı həyatı boyu verilişimə çağırmaram…”

Bunu tanınmış aktyor və aparıcı Şəhriyar Əbilov Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı verilişə dəvət etdiyi qonaqlar arasında seçim etdiyini bildirib:

“Bizdə senzura var. Birinci televiziyanın öz senzurası var, ikinci də mənim “aşsüzən” senzuramdır. Hansı ki, hər məşhuru, hər müğənnini ora dəvət etmərəm. Nəzarət həm televiziya tərəfindən olur, həm də mənim tərəfimdən. Dövlət Televiziyamız yaxşı bilir ki, kimləri çağırmaq olar, kimləri yox. Biz isə yalnız icra edirik. Tanıdığım, sanbalı, səviyyəsi olan, imicinə zərər vurmayan və gəldiyi zaman cəmiyyətə faydasız təbliğat aparmayan sağlam düşüncəli bir insan olmalıdır. Bu mütləqdir. Olub ki, kimsə deyib, məni niyə verilişinə çağırmırsan, məni də çağır. Demişəm, alınsa, çağıraram, amma mən o insanı həyatı boyu verilişimə çağırmaram. Diplomatik olaraq yola vermişəm. Amma birbaşa bunu üzünə heç vaxt demirəm, demərəm də. Çünkü insanın xətrinə dəyməyi sevmirəm”.

“Hansısa məşhur verilişdən öncə bu sualları verməyin deyib, qarşınızda şərt qoyurmu?” sualına aparıcının cavabı belə oldu:

“Elə vaxt olur, tannmış müğənni gəlir və deyir ki, xahiş edirəm, bu haqda suallar vermə, yaxud da ver. Başqa suallarla da bağlı xahişlər olub. Amma bunu tələb şəklində bildirməyiblər, heç bildirə də bilməzlər”.

Qeyd edək ki, Şəhriyar Əbilov “Bir Az.TV” verilişinin aparıcısıdır.

Cəvahir

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv