!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı Salyandadır – Milli Məclis 2015

!Reklam – Yazi

big_1442559274_ramalTeleaparıcı Ramal Hüseynov deputatlığa namizədliyini irəli sürüb. Teleaparıcı bildirib ki, Salyanın 59 saylı seçki dairəsinə namizəd olmaq üçün müraciət edəcək.

“Salyandayam, 59 saylı seçki dairəsindən namizədliyimi irəli sürəcəm. İmza vərəqlərini almışam. Burada kənd-kənd gəzib, hər sakinlə tanış olmuşam, eyni zamanda imza toplamışam. İmza vərəqləri tamamlanıb. Dariyə təhvil verəcəm. VHP dəstəkli müstəqil namizədəm”.

Hüseynov rəqiblərindən də söhbət açıb:

“Rəqiblərim YAP-dan İlqar Ağabəyov, Müsavatdan Valeh Hümbətoğlu, müstəqil namizəd kimi hazırkı millət vəkili Əliağa Hüseynov və başqa müstəqil namizədlərdir. Deputat olmağa şansım olduğunu düşünürəm. Şans hər zaman var. Yaxşı işləsəm, xalqın iradəsi hesablansa, təbii ki, şansım var. Gərək xalq səs versin. İnsanlar evdə otursa, seçkiyə getməsə, o zaman kimlərinsə iradə gücü qalib gələcək. Mən də hamını maarifləndirirəm ki, ən azından seçkidə iştirak etsinlər. Gəzdiyim evlərdən 90 % deputatlarını tanımır. Deyirlər ki, bilirik keçmiş icra başçısı olub, adını eşitmişik. Amma bizim deputat olduğunu bilmirik. İnsanlar deputat adı eşidəndə bizi çox aqressiv qarşılayırdılar. Ümidləri çox qırılıb, gözləntiləri heç yoxdur. Kəndlər və kəndlərdəki insanlar sanki unudulub. Mən salyanlılar üçün önəmli işlər görmək istəyirəm”

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv