Reklam: High Technic
hightechnic

Tanınmış aparıcı sirrini açdı: “Utanırdım, açıb deyə bilmirdim”

Tanınmış aparıcı Lətafət Ələkbərova artıq müğənni kimi də fəaliyyət göstərəcək.

Yenicag.az-a açıqlama verən aparıcı xalq artisti Fidan Hacıyevadan dərs aldığını da deyib:

“Səsim vardı, çoxdan oxuyurdum. Amma utandığım üçün bunu açıb deyə bilmirdim. Oxuduğumu hər kəsdən gizlədirdim. Düşündüm ki, səsim varsa, niyə də gizlədim. İstədim, bu işin öhdəsindən peşəkar səviyyədə gəlim. Xalq artisti Fidan Hacıyevadan ustad dərsləri alıram. Həm aparıcı, həm də müğənni kimi fəaliyyət göstərəcəm. Toylara gedib, pul qazanacam. Heç kim buna görə məni qınamasın. Deməsinlər ki, bu niyə birdən-birə müğənnilik eşqinə düşdü. Xeyr, mən illəröncə “Azəri star” mahnı müsabiqəsində aparıcılıq etmişəm. Səsimi də ustad sənətkarlar eşidib və bəyənib. Əməkdar artist Zakir Əliyev səsimi eşidəndə, dedi ki, gərək sən çoxdan oxuyaydın. Rəhmətlik İlhamə Quliyeva hələ o vaxtlar mənə deyirdi ki, bu səsi niyə gizlədirsən, səhnəyə çıx, toylara get. Qismət bu vaxta imiş”.

Cəvahir

www.yenicag.az

2409