!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcı: “Tamaşaçının nə istədiyi sosial şəbəkələrdən məlumdur”

!Reklam – Yazi

Tanınmış aparıcı Kamran Həsənlinin səsləndirdiyi “indi peşəkar televiziya işçisi yox səvəyyəsindədir” fikri sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Bu fikirlər televiziya işçiləri tərəfindən də birmənalı qarşılanmayıb. Bəziləri onun fikirləri ilə razılaşsa da, bəziləri əksinə, buna qarşı çıxıblar.

Yenicag.az-a açıqlama verən məşhur aparıcı Fəxriyyə Lilpar əsl televiziya mütəxəssislərinin dövrün diktəsi kimi reytinqin qurbanı olduğunu təəssüf hissi ilə bildirib:

“Əsl televiziya mütəxəssisləri Kamran Həsənlinin öz dövrünün diqtəsi olaraq vaxtilə reytinq üçün etdiklərinin qurbanı olublar. Maliyyə resursları özəl televiziyaların əsas prioriteti olduğu halda, orta statistik tamaşaçının maraqlarını, təbii ki, peşəkar televiziyaçı ödəyə bilməz. Ən azı “peşəkarlıq, yoxsa sponsor paketi? sualı qarşısında müzakirədə istənilən televiziya heç düşünmədən sponsor paketini seçəcək. Belə olduğu halda, peşəkarlıq, təbii ki, ikinci plana keçir. Nə təəssüf ki, belədir, bunun əksini demək istərdim. Lakin zaman göstərir ki, artıq tamaşaçı əsl peşəkarlığı önə çəkir. Çünki reytinq cədvəli ilə xalq arasında təəssüratları müqayisə etdikdə tamaşaçının əsl peşəkarlara və səviyyəli mövzulara üstünlük verdiklərinin şahidi oluruq. Sosial şəbəkələrdəki müzakirələr bunun bariz nümunəsidir.

Yəni tamaşaçıların nə istədiyinin obyektiv cavabı sosial şəbəkələrdən məlum olur”.

Cəvahir

www.yenicag.az

1637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv