Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Tanınmış aparıcı xərçəncə qalib gəlməyinin SİRRİNİ AÇIQLADI - İNANILMAZ / FOTO

“Gülə-gülə qarşıladığım bu qonağı, elə gülə-gülə də yola saldım”.

Yenicag.az xəbər verir ki, bunu vaxtilə xərçənglə mübarizə apararaq qorxunc xəstəliyə qalib gələn tanınmış aparıcı Zülfiyyə Bayramova keçmişini yada salaraq dilə gətirib.

Aparıcı dəhşətli xəstəliyin ona öyrətdiyi yaşamaq eşqi və güc nəticəsində həyatına davam etdiyini bildirib:

“Bir zamanlar həyatıma bir qonaq gəlmişdi, bəzilərinin qoxduğu o qonağı, mən gülə-gülə qarşılamışdım. Gülə-gülə qarşıladığım bu qonağı, elə gülə-gülə də yola saldım. Qonağım olduğu müddətdə bir birimizə çox şeyi öyrətdik. Bəli-bəli, bir birimizə çox şey öyrətdik. Məsələn, o mənə həyatı sevməyi, Allahıma şükür etməyi, əlimdən şürüşüb getmək istəyən həyatı necə bərk-bərk tutmağı, özümə vaxt ayırıb, özümü anlamağı öyrətdi. O mənə güclü olmağı, bütün imtahanlardan əla qiymət almağı öyrətdi. Mən bilirsiniz nəyi öyrətdim ona? İnsanın həyatını belə asanlıqla ala bilməyəcəyini, sevginin gücünü, onun heç də qorxulu olmadığını, əksinə gücünün bir ürək dolusu qəhqəhədə boğula biləcəyini öyrətdim. Bax beləcə anlaşaraq ayrıldıq, o öz yoluna, mənsə öz yoluma davam edirik”.

Cəvahir

www.yenicag.az

532
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100