!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aparıcıdan GÜNDƏMİ BİR-BİRİNƏ VURAN SÖZLƏR: "Pula görə özlərini nə hala salırlar"

!Reklam – Yazi

“Son vaxtlar hər şeydə gündəm axtarmaq, hər mövzuya burun soxmaq kimi adət var”.

Bunu tanınmış aparıcı Cavid Gül sosial şəbəkə və efirlərlə bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Xeyli vaxtdır aparıcı kimi fəaliyyətinə fasilə verən və prosesləri kənardan izləyən Cavid sosial şəbəkələrdə yaşananları “biabırçılıq” adlandırıb:

“TikTok”a girmirəm. O “tiktoker”lər ya “Instagram”da qabağıma çıxır, ya da dost-tanış danışanda xəbərim olur. Biabırçılıqdır. Pula görə özlərini nə hala salırlar. 10-20 ildə qazandığı adları 50 dollardan 1000 dollara kimi satırlar. Açıq şəkildə bunun adı dilənçilikdir. Son vaxtlar hər şeydə gündəm axtarmaq, hər mövzuya burun soxmaq kimi bir adət yaranıb. Trenddə olan musiqi və videoçarxlara baxanda adam özünü yad planetdə hiss edir. Verilişlərdə də mənasız, dəxilsiz söz-söhbətlər baş alıb gedir. Qayınana-gəlinlər, ər-arvadlar, ata-balalar özlərini nə hala salırlar. Bütün bunlar barədə danışdıqca bitməz. Ümid sonda öldüyü üçün biz də gözləmə mövqeyindəyik, səbr edirik”.

O, həmkarlarından da gileylənib:

“Bəzi aparıcıları efirə necə buraxırlar, bilmirəm. Qoyduqları mövzular çox aşağı səviyyədədir. TV-də yeni nəfəslər yoxdur. Köhnələr bir araya gəlsə və orada hansısa qəza baş versə, TV-lər ancaq klip və hind filmləri nümayiş etdirəcək. Çünki göstərməyə başqa heç nə yoxdur”.

Cəvahir

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv