Tanınmış aparıcıdan HAQSIZLIĞA ETİRAZ: “İnsanların cibinə girirlər, bu biabırçılığa son qoyulsun”

Aparıcı Saleh Bağırov Nabranda yerləşən “MaralGöl” istirahət mərkəzindən şikayətçidir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən aparıcı əlaqədar qurumlara çağırış edib:

“Vəziyyət çox acınacaqlıdır. Mən bu obyektdə haqsızlıqla rastlaşdım. Qiymətlər çox bahadır, amma bunun müqabilində nə etiket qaydaları, nə xidmət buna uyğundur. Mən bunun gözümlə şahidi oldum. Öz şərtlərini qoyurlar – 50-60 manat çay dəstgahına bir-iki şokalad, üç ləbləbi… Camaat neyləsin, əksəriyyət narazıdır. Bəziləri dözür oturur, bəziləri etiraz edir. Qiymətlər od tutub yanır. İnsanların əksəriyytəi narazıdır. Bu, mədəni şəkildə insanların cibinə girməkdir. Bu, vahid bir qurumdan sistemli şəkildə idarə olunmalıdır. Mən buradan çağırış edirəm, Dövlət Turizm Agentliyinə səslənirəm. Əgər bu, onların səlahiyyətindədirsə, buna bir əncam çəkilsin. Bir nəzarət olunmalıdır, nə olsun ki, özəl obyektlərdir. Kim hansı qiyməti istəyir onu da qoyur. Bu, çox böyük tərbiyəsizlikdir. Konkret deyirlər, xoşun gəlmir, çıx get. Bu biabırçılığın qarşısı alınmalıdır”.

Cəvahir

COP29