Tanınmış aparıcıdan ISMARIŞ: “Kimsə mənə nifrət edirsə…”

“Elə olsaydı, müğənnilərin 90 faizi ilə küsülü qalardım…”.

Bunu aparıcı Sayqa Cahid Yenicag.az-a açıqlamasında deyib.

O, “ bu qədər verilişlərə aparıcılıq etmisiniz, küsülü olduğunuz müğənni varmı” sualını cavablandırıb:

“Hər zaman hamı ilə münasibəti normal qorumağa çalışmışam. Kiminsə içində mənə qarşı aqressiyası varsa, öz işidir. Amma mənim içimdə belə bir neqativ hiss olmayıb. Çünki bu həyat bir bumeranqdır, nə göndərəcəksənsə, geri alacaqsan.

Görəndə ki, harada konflikt var, sakitcə oradan uzaqlaşmışam. Artıq konfliktə düşmüşəmsə, o müğənni ilə də üzbəüz gələndə susmuşam. Bir müğənni olub ki, uzun müddət küsülü olmuşam. O da sonradan özü mənimlə əlaqə saxlayıb. Övladının toyu olanda zəng edib, deyib, qoy böyüklük məndə qalsın. Qəbul etdim. Çünki bir saat sonra başımıza nə gələcək bilmirik. Kimsə mənə nifrət edirsə, onları daha çox sevirəm. Çünki mənə güc verirlər. Digərlərinə daha çox bağlanmaq, sevdiyim insanları bir daha sevmək üçün.

Hiss etdiyim qədər bu gün də arxamca danışırlar, amma hamısını sevdiyimi deyirəm. Heç kimə kin bəsləmirəm. Mən dollar deyiləm ki, hər kəs məni sevsin.

Onsuz da zaman-zaman verilişlərdə aparıcılar müğənnilərlə üz-göz olur. Ona görə də elə şeylərin üstünə çox getmək lazım deyil. Elə olsaydı, müğənnilərin 90 faizi ilə küsülü qalardım. Ömür çox qısa və həyat müvəqqətidir. Kainata daha çox sevgi ötürək ki, geri qazana bilək”.

Cəvahir