Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tanınmış aparıcıdan növbəti qalmaqal: PKK-çılara rəhmət oxudu

“Fox tv”nin aparıcısı Fatih Portakalın veriliş zamanı söylədiyi sözlər izləyicilərin tənqid atəşinə tuş gəlib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, işlətdiyi ifadələrlə tez-tez gündəmə gələn aparıcı bu dəfə də PKK terrorçularının öldürülməsi xəbərini verərkən “Allah rəhmət eləsin” deyib. Bütün ölkə Hakkarinin Şemdinli bölgəsində 9 əsgərin şəhid omasına yas saxlayarkən, aparıcının belə bir ifadə işlətməsi izləyiciləri olduqca qəzəbləndirib.

Qeyd edək ki, Fatih Portakal daha əvvəl də canlı yayımda PKK barədə dediyi sözlərə görə tənqid obyektinə çevrilmişdi: “Əgər PKK olmasaydı, türkmanlar İŞİD tərəfindən öldürülərdi. Buna görə də Türkiyə PKK-ya təşəkkür etməlidir.”

www.yenicag.az

2563
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM