Tanınmış teleaparıcı Lalə Əlimuxtarovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Bir çox məşhurlar bu gün evlənir, sabah boşanır. Səncə, ailəni qorumaq üçün yük daha çox kimin üzərinə düşür-kişi, ya qadının?
– Düzdür, bəzən deyirlər müğənnidən ana olmaz. Ərə gedir, boşanır. İnsanlar min cür şərhlər yazıb, az qala topa tuturlar. Bunları oxuyub çox pis oluram. Mən də ailə qurmuşam və ailə quranda həyat yoldaşım bilirdi ki, aparıcıyam, üzdə olan insanam. İlk növbədə ailədə ərlə-arvad arasında böyük inam olmalıdır. O inam hisi varsa, qalanı boşdur. Bu inamı istər kişi və qadın tərəfindən insan özü qazanmalıdır. Ailə quranda həyat yoldaşım dedi ki, sənə inanıram.
– Geyimlərinə müdaxilə edirmi?
– Müdaxilə etmir. Əgər özümü çöldə qoysam, həyat yoldaşım əlbəttə ki, geyimimə müdaxilə edər.
– Qarderobda dekoltelər, mini ətəklər çoxdur?
– Mən qızlıq vaxtımda belə o tərbiyənin yiyəsi olmamışam. Geyimimə fikir vermişəm. Bəzi müğənnilər vardı, ailə qurublar, sonradan onların açıq-saçıq fotolarını ortaya çıxarıblar.
– Bəzi müğənnilər deyərkən?
– Xuraman Şuşalı, Elnarə Xəlilova. Əslində burada eyib heç nə də yoxdur e, insandır şəkil çəkdiriblər də, burada nə var ki… Yəni məndə elə şəkillər də olmayıb kimsə göstərsin ki, Lalə bədənini bayırda qoyub. Ata evimdə yaşadığım vaxtlardan belə şeylərə pis baxmışam.
– Heç qısqanıb, həyat yoldaşının telefonunu yoxlamısan?
– İnanırsınız, səmimi etiraf edirəm, nə mən onun telefonuna baxıram, nə də o mənim.
– Heçmi qısqanmamısan? Ola bilməz ki, telefonuna baxmayasan…
– Nə gizlədim, yeni ailə qurduğum vaxtlarda bir-iki dəfə xəlvət olub. Sonradan isə bu hal bir də təkrarlanmadı.
– Səbəb?
– İnandım. İndi yoldaşım yatanda, telefonu stolun üstündə saatlarla qalır, amma əl vurmuram.
– Hansısa xanımla fotosunu görsən, reaksiyan necə olar?
– Yubkamı çəkərəm başıma. Mən çox qısqancam.
– Bayaqdan inam hissindən danışırdın…
– Kişiyə inam yoxdur.
– Xəyanət etsə, reaksiyan necə olar?
– Hər şeyi bitirərəm. Əvvəldən həyat yoldaşımın qarşısında yeganə şərtim də bu olub ki, mənə xəyanət etsən, hər şey bitəcək.
– Bəzi qadınlar xəyanətə xəyanətlə cavab verməyin tərəfdarıdır…
– Bəzən deyirlər e, əri ola-ola min oyundan çıxır. Mən bunu qadına yaraşdırmıram. Ailə tərbiyəsi olan qadın xəyanət etməz.
– Həyat yoldaşını hansı qadınlara qısqanırsan?
– Heç birinə. Çünki həm vücudca gözələm, həm də məşhur biriyəm. Onu kimə qısqana bilərəm ki… Bir də mənə çatmır e, əgər kişinin normal, gözəl həyat yoldaşı varsa, onu niyə başqa birisinə dəyişməlidir, axı bu düşüncə, bu məntiq mənə çatmır.
– Kompleksli xanımsınız?
– Yox, komplekslərim yoxdur.
Cəvahir
Foto:Cəmalə