!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aparıcıdan SƏRT AÇIQLAMA: “Ana üç dəfə ərə getməyinə vaxt ayırır, amma övladının...”

!Reklam – Yazi

“Övladınızla danışmaqdan qorxmayın, icazə verin, şərait yaradın onlar öz istəklərini, düşüncələrini ifadə etsinlər. Əks halda, az qala hər gün oxuduğumuz zorlanan qız xəbərləri adiləşəcək”.

Bunu ictimaiyyətdə kəskin narazılıqla qarşılanan 13 yaşlı məktəbli qızın dünyaya uşaq gətirməsi faktına münasibət bildirərkən tanınmış aparıcı Yeganə Cansail Yenicag.az-a açıqlamasında deyib.

Belə problemlərin valideyn biganəliyindən qaynaqlandığını bildirən aparıcı ailələrdə cinsi tərbiyənin olmamasını da vacib amil kimi dəyərləndirib:

“Ölkədə 13 yaşlı uşaq dünyaya uşaq gətirir! O da hələ başsız, böyüksüzdür deyə gündəmə gəldi. İndi düşünün, neçə belə xəbərsiz qaldığımız balalar var… Əlbəttə ki, bu problemin kökü, ilk növbədə, ailədən, valideyn biganəliyindən qaynaqlanır. İkinci əsas səbəb isə savadsızlıq, cahillikdir… Ana üç dəfə ərə getməyinə vaxt ayırır, amma övladının tərbiyəsinə, fikirlərinə, arzularına nəinki zaman ayırır, heç bu barədə düşünmür də. Üçüncü əsas problem isə ailələrdə cinsi tərbiyə yoxdur. Bu heç məktəblərdə də tədris olunmur. Niyəsə uşaqlara bu mövzuda danışmaq, maarifləndirmək əxlaqsızlıq, ayıb kimi qəbul olunub. Uşaqlar daha leyləkdə gətirildiyinə, kələmin içindən tapıldığına inanmır. Halbuki övlad müəyyən bir yaşda onun bədənində gedən dəyişikliklər, hisslər, duyğular barədə məlumatlı olmalı, nələr olar, nələr olmaz bilməlidir”.

Cəvahir

www.yenicag.az

1359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv