Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Tanınmış aparıcıdan SƏRT İRAD: “Sanki kütbeyinlərə xitab olunur”

“Azyaşlılar üçün kanallarda iki verilişi var, onlar da sanki gerizəkalı, kütbeyin uşaqlara xitab olunur”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Fira Cəlilova teleməkanda uşaq verilişləri ilə bağlı fikirlərini bölüşərkən deyib.

Aparıcı uşaq verilişləri ilə bağlı durumun acınacaqlı olduğunu bildirib:

“Bizim savadlı vətəndaşlar uşaqlıqdan yetişməlidir. Amma telekanallarımızda 21-ci əsrin uşaqlarının tələbatına cavab verən uşaq verilişi görmürəm. Heç kim məndən inciməsin, kanallarda iki uşaq verilişi var, onlar da sanki gerizəkalı, kütbeyin uşaqlara xitab olunur. Bu, məni çox qıcıqlandırır. Çüki anayam, mənim də evimdə uşaq böyüyür. Doğma televiziyalarımızda onlara xitab olunan normal uşaq verilişlərin olmasını istəyirəm, amma yoxdur. Olan verilişin də aparıcıları özlərini elə aparırlar, sanki daş dövründən qalıblar. “Ho-ho-ho”…ilə danışırlar. İndi hansı uşaqları “ho-ho-ho…” ilə verilişə baxmağa cəlb etmək olar? 21-ci əsrin uşaqları “Disney”in hazırladığı cizgi filmlərini izləyir, müasir telefonların təqdim etdiyi xidmətlərdən yararlanır, sosial şəbəkə istifadəçiləridir. Televiziyalarda bir dənə normal uşaq verilişi görmədim ki, 8-10 yaşlı övladlarım və onların yaşıdlarını efir qarşısına cəlb edə bilsin. Bu, məni narahat edir”.

F.Cəlilova bildirib ki, belə verilişlər hətta 2-3 yaşlı uşağı belə maraqlandıra bilməz:

“Həmin o aparıcıların psixoloji durumu, o verilişləri hazırlayan yaradıcı heyətin çalışma mexanizmi mənə o qədər maraqlıdır ki…Bunlar görəsən hazırladıqları məhsuldan zövq alırlarmı? O verilişlərin sponsorları da yoxdur ki, deyim, oradan pul qazanırlar. İzləyici auditoriyası və reytinqlər sıfır olduğu halda sponsor əlbəttə onlara pul ödəməyəcək. Bu verilişlər nə üçün təqdim olunur, hansısa boşluğu doldurmaq, yoxsa uşaqları kütbeyin, daş dövründə qalan uşaqlarla eyni müstəviyə qoymaq? Bunu anlamıram. Onlardan soruşmaq istəyirəm ki, bu verilişlər hansı yaş aiditoriyasına xitab olunur? Hətta 1-2 yaşlı uşağı belə bu veriliş cəlb edə bilməz. O uşaqlar həmin verilişə zombi kimi baxacaq. Bir dəfə övladım verilişə baxıb dedi ki, ana, aparıcıya nə olub, xəstədir? Dedim, oğlum bilmirəm xəstədir, yoxsa özünü gicliyə qoyub?Ya da yəqin uşaq verilişi aparmaqdan iflic vəziyyətə düşüb”.

Cəvahir

www.yenicag.az

335
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100