Tanınmış aparıcının ayağı sındı – FOTO

ARB-nin aparıcısı Yeganə Cansailin başına iş gəlib. Aparıcının ayağı sınıb.

Yenicag.az-a açıqlama verən aparıcı həkim nəzarəti altında olduğunu deyib:

“Toya gedirdim, elə restoranın qabığında ayağım burxuldu. Dikdaban geyinmişdim, daşa ilişdim. Həmin gün toyda ağrını hiss etmədim. Evə gələndə ayağım göyərdi, dəhşətli ağrılara dözə bilmədiyim üçün həkim çağırdıq. İndi-indi özümə gəlirəm”.

Yeganə bədnəzərə gəldiyini bildirib:

“Üstümdə o qədər nəfs var ki… İnsanlar bilib-bilmədən danışır. Peşmanam bir foto paylaşım, o dəqiqə başıma nəsə pis iş gəlir. Hər dəfə də deyirəm ki, daha şəkil paylaşmayacam. Bədnəzərdən çox qorxuram”.

Cəvahir