Tanınmış aparıcının FOTOSU HƏYƏCAN YAŞATDI – “Ola bilməz…”

Bir müddət öncə xərçənglə mübarizə aparan tanınmış aparıcı Zülfiyyə Bayramovanın əməliyyatöncəsi fotosu yayılıb. Aparıcını sevənlər həyacanlarını ifadə edərək ona dualar ediblər.

Zülfiyyənin səhhəti ilə maraqlanmaq üçün onun həyat yoldaşı İlqar Mikayıloğlu ilə əlaqə saxladıq. Mikayıloğlu Yenicag.az-a açıqlamasında “Mən Bakıda deyiləm, ola bilməz, xəbərim olmadan Zülfiyyə necə əməliyyata girə bilər?” – deyərək həyəcanını gizlətməyib.

Z. Bayramova isə saytımıza açıqlamasında narahatlığa əsas olmadığını bildirib:

“O köhnə fotodur. Keçmiş çətin günlərimi xatırladım və həmin fotonu paylaşdım. Narahatlığa əsas yoxdur, səhhətim yaxşıdır. Məni həyata qaytaran insanların duaları və sevgiləridir. Hər kəsə minnətdaram”.

Cəvahir