Tanınmış aparıcının vəziyyəti qəfildən ağırlaşdı – SON DƏQİQƏ

Dünən halı pisləşən və sonradan vəziyyəti stabilləşən tanınmış aparıcı Sərxan Kərəmoğlunun səhhəti yenidən ağırlaşıb.

 

Yenicag.az-ın əldə etdiyi məlumata görə, tənəffüs çatışmazlığından əziyyət çəkən aparıcı üçün təcili yardım maşını çağırılıb. Həkimlər onu oksigen balonu ilə xəstəxanaya aparıblar. Aparıcının vəziyyətinin hazırda kritik olduğu deyilir.

S.Kərəmoğlu ilə əlaqə saxladıq, telefonunu cavablandıran yaxını xəbəri təsdiqlədi:

“Sərxan son günlər çox stress və əsəb sarsıntısı keçirdi. Bu da ağır nəticə. Yaxşılaşmışdı, qəfildən halı pisləşdi. Huşsuz vəziyyətdədir, nəfəs ala bilmir. Həkimlər onun durumunu ağır qiymətləndirir”.

Cəvahir