Tanınmış aparıcıya AzTV-də yüksək vəzifə verildi

Tanınmış teleaparıcı, vaxtilə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Hüsniyyə Məhərrəmova AzTV-də yeni vəzifəyə təyinat alıb.

Yenicag.az  xəbər verir ki, telejurnalist bundan sonra kanalın Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbərlik edəcək.

H.Məhərrəmova xəbəri BakuPost.az-a təsdiqləyib.