Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi – AÇIQLAMA

Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunda vəzifəyə təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə aparıcı özü sosial şəbəkədə açıqlama yayıb:

“Artıq fəaliyyətimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunda davam etdirəcəm. Təmsil etdiyim qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa məmnuniyyətlə cavablandırmağa hazırıq!”

Qeyd edək ki, aparıcı indiyə qədər nazirlik yanında Dövlət Vergi Xidmətində çalışıb, “Azad Azərbaycan” televiziya kanalında yayımlanan “İqtisadi zona” verilişinin aparıcısı olub.

Cəvahir