Tanınmış aparıcıya vəzifə verildi – AÇIQLAMA

Tanınmış aparıcı Fira Cəlilovaya vəzifə verilib. Aparıcı “Stimul Hospital”ın icracı direktoru vəzifəsinə təyin olunub.

Bunu Yenicag.az-a açıqlamasında Fira özü bildirib.

“Bu mənim aparıcılıq fəaliyyətimə mane olmayacaq. Çünki aparıcılıq mənim qanımdadır”, – deyə o qeyd edib.

Qeyd edək ki, Fira Cəlilova uzun illər Xəzər, Space və ATV kanalında fəaliyyət göstərib.

Cəvahir