Tanınmış azərbaycanlı jurnalist vəfat edib

Tanınmış jurnalist Zöhrab Əmirxanlı vəfat edib.

Oğlu Mətin Əmirxanlının APA-ya verdiyi məlumata görə, atası bu gün dünyasını dəyişib. O, atasının yuxudan oyanmadığını deyib.

Mərhum bu gün anadan olduğu Şamaxıda dəfn ediləcək.

Qeyd edək ki, Zöhrab Əmirxanlı 1958-ci ildə anadan olub. Şəkərli diabetdən əziyyət çəkib.

 

Yeniçağ.az