Tanınmış basketbolçu Ərdoğanın müşaviri oldu

56e854f4c03c0e3be8a76932Türkiyənin məşhur basketbolçu Hidayət Türkoğluna yeni vəzifə verilib.

Hidayət Türkoğlu prezident Rəcəb Tayyip Ərdoğanın baş müşaviri təyin edilib.

Hidayət Türkoğlu prezidentin müşaviri vəzifəsinə görə 60 min lirə maaş alacaq. Həmçinin keçmiş idmançı bu vəzifəyə aid xidməti avtomobil və cangüdənlə də təmin olunacaq.

Qeyd edək ki, Hidayət Türkoğlu Türkiyənin milli basketbolçusu olmaqla yanaşı 15 il Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur NBA komandasının oyunçusu olub.