Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Tanınmış bəstəkarın ailəsində ağır itki

Tanınmış bəstəkar, Bakı Musiqi Akademiyasının baş müəllimi Sevda Məmmədliyə ağır itki üz verib. Onun atası dünyasını dəyişib.

Yenicag.az-a bu barədə bəstəkar özü açıqlama verib:

“Ata hansı yaşda olursa-olsun, həmişə övladı üçün əzizdir, cavandır. Çox sağlam adam idi, amma son vaxtlar yorğan-döşəyə düşdü. Gözümün qabağında “əridi”, qəfildən getdi. Atamın ölümünü qəbul edə bilmirəm. O insan mənə həyatda halal yaşamağı öyrətdi”.

Qeyd edək ki, S.Məmmədli bir çox hitlərin müəllifidir.

Onun mahnılarını xalq artisti Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Röya Ayxan, Abbas Bağırov, İlqar Muradov və digər müğənnilər ifa edib.

Allah rəhmət eləsin!

Cəvahir
Yenicag.az

www.yenicag.az

608
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM