Tanınmış bloqerin maşınından oğurluq edildi – VİDEO

Tanınmış bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında məlumat paylaşıb. N.Kəmərli qeyd edib ki, səhər saatlarında “Niva” markalı maşınına minərkən içərisindən oğurluq edildiyini görüb:

“Maşınımı gecə saat 00:00-da saxlamışam. Səhər saat 09:00-da maşınıma minərkən bildim ki, avtomobilimdən oğurluq olunub. Çəkilişlərdə istifadə etdiyim kamermaı oğurlayıblar”.

Bloqer daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib ki, bu iş nəzarətə götürülsün.