Tanınmış bloqqer saxlanıldı

Gənc fəal Bəxtiyar Hacıyev bir neçə saat öncə saxlanılıb.

B.Hacıyev Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə mübahisə edib və nəticədə onu saxlayaraq Səbail RPİ 9-cu Polis Bölməsinə aparıblar. Hazırda bölmədə saxlanılır.

9-cu PB-dən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər və araşdırma aparıldığını, yekunda məlumat veriləcəyini bildiriblər.

Yenicag.az