Tanınmış cütlük harada, necə dincəlir? – FOTOLAR

Tanınmış cütlük – aktyor Emrah Dadaşov və aktrisa Asya Atakişiyeva-Dadaşova yay tətilini Türkiyədə keçirməyə qərar verib.

Bunu Yenicag.az-a açıqlamasında aktrisa Asya Atakişiyeva deyib:

“Məzuniyyət günlərimizi keçirmək üçün Türkiyəni seçdik. Qardaş ölkənin maraqlı bölgələrini gəzib istirahət edirik, tarixi məkanlarda oluruq. Qayıdana yaxın İstanbulu da gəzməyi planlaşdırırıq. Tətilin bitməsini heç istəmirik, amma işimiz, teatr üçün darıxmışıq. Ayın sonu tətilə son verib Bakıya dönəcəyik”.

İstirahətdən fotoları təqdim edirik:

Cəvahir