Tanınmış cütlüyün toyu oldu – FOTO / VİDEO

Gənc Tamaşaçılar Teatrının aktyoru Əmrah Dadaşov və aktrisa Asya Atakişiyeva subaylığın daşını atıb. 

Yenicag.az xəbər verir ki, paytaxt restoranlarından birində cütlüyün toy mərasimi baş tutub. Mərasimdə sənətçilərin yaxın dostları, tanınmış aktyorlar iştirak edib.

Qeyd edək ki, Əmrah və Asya 2019-cu ilin noyabrında nişanlanıb. Cütlüyün toyu pandemiyaya görə bir neçə dəfə təxirə düşüb.

Cəvahir