!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış diaspor rəhbəri Şamil Tağıyevin toyudur – Bakıda

!Reklam – Yazi

unname_3677NEWS.AZ-ın məlumatına görə İctimai fəaliyyətini ÜAK-ın gənclər təşkilatının tərkibində başlayan Şamil Tağıyev, daha sonra Azərbaycan Mədədniyyətinin İntibah və İnkişaf fondunun təsisçisi kimi ictimai işini davam etdirib.

Fond Rəhbəri Rusiyada fəaliyyət göstərən Rusiya Azərbaycan Gənclər Birliyi, “Şəhriyar” ədəbi bədii cəmiyyəti, “Azərbaycan Slavyan gənclər birliyi”nin Rusiya nümayəndəliyi,“Əhli-Beyt” islam cəmiyyəti, “AmorNews” informasiya partalı, “İnterAz” televizyası və digər Azərbycan dispor təşkilatları ilə yanaşı, Rusiyada qeydə alınmış digər millətlərin diaspor təşkilatları ilə də yaxından əməkdaşlıq edib. Azərbaycan mədəniyyətinin Rusiya məktəblərində təbliği, AMİİ-fondunun tərkibində bazar günü məktəblərinin təşkili və Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Rus dili və başqa fənlərin tədrisi, “Müstəqillik Kuboku” futbol turnirinin təşkilatçısı kimi çıxış edən Şamil Tağıyev Azərbaycan mədəniyyətinin, tarixinin Rusiya Federasiasında yayılmasında və tanınmasında daha onlarlar lahiyyələrin və görüşlərin təşəbbüskarı olub. Acıqlamasında Şamil Tağıyev bildirib ki, ÜAK-ın Moskva nümayəndəliyi olaraq həmyerlilərimizin Rusiya cəmiyyətinə inteqrasiası və Rusiya Federasiyasının ictimai, siyasi və iqtisadi həyatında daha yaxından iştirak etməsi üçün yeni lahiyyələrə start veriləcək. Xatırladaq ki, bu ildən Şamil Tağıyev həm də Ümumrusiya Azərbaqycan Kongresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru təyin olunub.
Məlumat üçün qeyd edək ki, Bakıda həyata keçiriləcək toyda millət vəkilləri, QHT və media rəhbərləri, diaspor təşkilatlarının rəhbərlərinin iştirakı gözlənilir.

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv