Tanınmış diktor vəfat etdi

57293_j8edae6lb1Azərbaycanın tanınmış diktoru Davud Əhmədov bu gecə vəfat edib.

Bu barədə mərhumun oğlu Vəliəhd Əhmədov məlumat verib. Onun sözlərinə görə, 74 yaşlı diktor ürək çatışmazlığından əziyyət çəkib. Mərhum bu gün saat 18.00-da Bakının Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, 1941-ci ildə Lənkəranda anadan olan Davud Əhmədov uzun illər Azərbaycan Dövlət Televiziyasında xəbərlər proqramının aparıcısı olub(APA).