Dünən Hacıqabulda “Toyota” markalı avtomobilin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 6 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, qəzanı törədən şəxs tanınmış ektrasens Almaz Yolçiyevadır (Ədilova).
O və ailə üzvləri hazırda Hacıqabul Mərkəzi xəstəxanasında müalicə alırlar.
Nəticədə Almaz Yolçiyevanın sərnişinlərindən biri, qardaşı oğlu Fuad Ədilov xəstəxanaya aparılarkən yolda ölüb .
Qeyd edək ki, yaralılar 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi, 2016-cı il təvəllüdlü Qarayev Fərid, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən və 2004-cü il təvəllüdlü Qarayeva Nərmindir./Qafqaz.info/