Tanınmış hakim vəzifəsindən azad edilir

eliyev-islamAli Məhkəmənin hakimi İslam Əliyev vəzifəsindən azad edilir.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında bildirib ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə qərar layihəsi təqdim olunub.

Qərar layihəsində bildirilir ki, İslam Əli oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi məsələsi Milli Məclisin müzakirəsinə tövsiyə edilsin.

Bu məsələ martın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.