Tanınmış həkimin bacısı qəzaya düşdü

Bu gün Bakı şəhəri, Zığ şosesində 175 saylı sərnişin avtobusunun aşması nəticəsində 14 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəsarət alanlar arasında tanınmış həkim, neyrocərrah Afər Allahverdiyevin bacısı, Afət Teymurova da var. İlkin tibbi yardımdan sonra o, 3 saylı Şəhər Kliniki Xəstəxanasından təxris olunub. Lakin Allahverdiyev onu bir daha müayinə etmək üçün özünün də çalışdığı Əhmədlidəki Neyrocərrahiyə Xəstəxanasına aparıb.

Emin Səfərov

COP29