Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tanınmış idmançıdan Pirallahı icra başçısına SƏRT SÖZLƏR: “Oturduğun kreslo dədənin deyil!” – VİDEO

Bəzi məmurlar imkanlı şəxslərin mövcud vəziyyətdə aztıminatlı ailələrə maddi yardım göstərmələrini həzm edə bilmirlər.

Yenicag.az xəbər verir ki, tanınmış idmançı Kamil Zeynallı Pirallahı rayonunda yardım göstərdiyi ailəyə yerli məmurlar tərəfindən təzyiq göstərilməsinə səssiz qalmayıb.

Xüsusi karantin rejimi dövründə imkansız ailələrə yardım edən idmançı Kamil Zeynallı paylaşdığı videoda bildirib ki, maddi vəziyyəti ağır olan ailələrə dəstək olmaq üçün İnci adlı xanımın təklifi ilə Pirallahı rayonuna gedib.

Zeynallının sözlərinə görə, o, rayon ərazisində 3-4 kvadratmetrlik daxmada yaşayan 6 nəfərlik ailəni görəndən sonra onlara ev tikmək qərarına gəlib. Ailəyə ev tikmək üçün rayon ərazisində 2 sot torpaq verilməsini xahiş etsə də, bu istəyinə müsbət cavab verilməyib.

Hər şey hazır olanda icazə almaq məqsədilə İcra Hakimiyyətinə üz tutsa da, icra başçısının müavini həmin ərazidə yaşayışın qanunsuz olduğunu və ailənin sığındığı daxmanın yaxın müddətdə söküləcəyini bildirib.

İdmançı onu da qeyd edib ki, bütün bunlardan sonra İnci xanım İcra Hakimiyyətinə çağırılıb və ona qarşı təzyiqlər olub. İcra Hakimiyyətinin məsul şəxsləri ona “Sən kimsən ki, bizim işlərimizə qarışırsan? Niyə özünü reklam edən o Kamili rayon ərazisinə çağırmısan?” kimi iradlar bildiriblər.

İnci xanım isə Kamil Zeynallıya zəng edərək, qorxduğunu və buna görə də onun rayon ərazisindən getməsini istəyib.

Bundan sonra Pirallahı rayonu icra hakimiyyətinin başçısı Vasif İmanova səslənən Kamil Zeynallı onu əhalinin güzəranı ilə maraqlanmamaqda ittiham edib. İdmançı bildirib ki, icra başçısı vətəndaşların problemlərini həll etməkdənsə, onlara yardım əli uzadanlara da mane olur.

Kamil Zeynallının icra başçısının ünvanına sərt sözlər səsləndirdiyi həmin videonu təqdim edirik:

Gülşən Şərif

www.yenicag.az

4675
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100