!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış idmançımız əməliyyat olunub - FOTO

!Reklam – Yazi

İlk Avropa Oyunlarının günüş medalçısı, iki qat Avropa və dünya birinciliklərinin mükafatçısı, paracüdoçumuz Səbinə Abdullayeva cərrahi əməliyyat keçirib.

Mayın 3-də Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunan Səbinə Abdullayeva bu barədə Yeniçağ.Az-a danışıb:

“İslam Həmrəylik Oyunlarına hazırlıq zamanı təlim-məşq prosesində zədələndim. Dizimin ön çarpaz bağları qopmuşdu. Buna görə də İslamiadada iştirak edə bilməyəcəm. Əməliyyatdan sonra altı ay davam edəcək bərpa müddətində məşqlərdən uzaq olmalıyam”.

İdmançımız IV İslam Həmrəylik Oyunlarında onu əvəz edəcək paracüdoçunun artıq müəyyənləşdiyini deyib:

“İslamiadada mənim əvəzimə komandamıza yeni qoşulan Sevda Vəliyeva, ya da paralimpiya çemionumuz Afaq Sultanova çıxış edəcək”.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv