Tanınmış ifaçı Sevda Kazımova oğluna təntənəli toy mərasimi keçirib.
Yenicag.az big.az-a istinadən xəbər verir ki, ifaçı oğlunun toyunda dekolteli ağ libası ilə daha çox diqqət çəkib.
Toydan maraqlı fotolarını sosial şəbəkədə paylaşan müğənninin geyimi birmənalı qarşılanmayıb. S.Kazımovanın fotolarına çoxsaylı irad bildirənlər də olub: “Oğlu necə icazə verir, anası belə geyinsin…”, “Övlad toyunda belə açıq-saçıqlıq yaxşı deyil”, “Görəsən, güzgüdə özünə baxıb?”, “Hər şey açılıb-tökülüb, yaşına uyğun deyil”, “Gəlinin səndən abırlı geyinib”, “Bu libası hansı məntiqə xas olaraq geyinmisiniz?”, “Buna nə ad verəsən, utandım lap…”, “Görmür ki, əyninə kiçikdir…” və s. kimi şərhlər yazılıb.