Tanınmış ilahiyyatçı alim Yaşar Qurbanova qarşı təxribat baş verib. Belə ki, hansısa telefon manyakı onun adından təxribatçı mesajlar göndərir. Yenicag.az-a bu barədə açıqlama verən Yaşar Qurbanov bildirib ki, “Bu iki nömrədən (+63 908 014 8550, +1 (438) 898‑2705) əsasən 050 211 və 050 200 ilə başlayan nömrələrə “WhatsApp”dan əxlaqsız söyüşlər göndərilir və sonra mənim adımı və telefon nömrəmi verir ki, guya Yaşar Qurbanovdur”.
Dəfələrlə radikal dini ünsürlərin təxribatı ilə üzləşdiyini bildirən Yaşar Qurbanov ilk dəfə belə əxlaqsızlıqla qarşılaşdığını bildirib: “Hər kəsdən xahiş edirəm ki, bu iki nömrədən (+63 908 014 8550,
+1 (438) 898‑2705) kiməsə mənim adımdan nəsə göndərilsə, bilsin ki, bu hansısa vicdansızın oyunudur”.
Yaşar Qurbanovun redaksiyamıza təqdim etdiyi mesajlardan bəlli olur ki, həmin şəxs əvvəlcə özünü yüksək rütbəli generalın köməkçisi kimi təqdim edir, daha sonra isə söyüşə keçir. Ən sonda isə Yaşar Qurbanovun adını və nömrəsini verərək, danışdığı şəxslərə ilahiyyatçı alim olduğunu söyləyir.
Y.Qurbanov bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib: “Bu təxribat xarakteri daşıyır və cavabsız qalmayacaq”.
İlahiyyatçı alim qeyd edib ki, onun mobil nömrəsi illərdir dəyişməyib və başqa nömrədən istifadə etmir: “+99455 201 72 70 nömrəsindən başqa hansı nömrədən mənim adımdan kiməsə zəng edilsə və ya mesaj göndərilsə, xahiş edirəm, hüquq-mühafizə orqanlarına müraciət etsin”.
Yenicag.az