Tanınmış jurnalist dünyasını dəyişib – FOTO

Bu gün tanınmış Azərbaycan jurnalisti Natiq Qocaman 46 yaşında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, jurnalist keçirdiyi insult nəticəsində fevralın 1-dən komada olub.

Qeyd edək ki, Natiq Qocaman Vəli oğlu 1972-ci il sentyabrın 5-i Bakıda anadan olub. Azərbaycan İqtisadiyyat Universitetinin məzunu olub. 1998-ci ildən KİV-də çalışıb. “Oxu məni” adlı Azərbaycan dilində ən məşhur qəzetin təsisçisi və baş redaktoru olub.

Allah rəhmət eləsin!/Trend/

COP29