Tanınmış jurnalist Azər Rəşidoğlu əməliyyat olunub.
Bununla bağlı Yenicag.az-a jurnalistin yaxın dostu və həmkarı Rəsul Mirhəşimli açıqlamasında bildirib:
“Azər Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Günorta saatlarında başlayan əməliyyat 3 saatdan artıq çəkib. Əməliyyat uğurla keçib. O, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin dediyinə görə, Azərin vəziyyəti stabildir. Sabah palataya köçürüləcəyi bildirilir”.
Cəvahir